Xəzər Xəbər

Göbələk alarkən əsasən nəyə diqqət yetirmək lazımdır?

Cəmiyyət | 10:09 • 5 Noyabr 2019
Göbələk alarkən əsasən

Tərkibində minerallı maddələr, vitaminlər, yağ, karbohidratlar və s. olan göbələk qidalı yeyinti məhsuludur. Dəyərli zülal mənbəyi olmasıyla yanaşı, göbələk həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir.

Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kCoul enerji verir. Göbələk az kalorili olsa da, yüksək dada malikdir. Ondan alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir.

Saxlama müddətinin uzadılması üçün göbələklər əsasən qurudulur, duza və sirkəyə qoyulur. Qurudulmuş göbələklərin saxlanılma müddəti 1 ildir. Duza və sirkəyə qoyulmuş göbələkləri isə 0-150C-də 75% nisbi rütubətdə, pasterizə olunmuşları 12 ay, pasterizə edilməyənləri isə 8 ay saxlamaq olar. Bu məhsullar əsasən şüşə və meral bankalarda, zəruri sıxlıq tələblərinə əməl edilməklə konservləşdirilir.

Göbələklər sanitar norma və qaydalara riayət edilməklə, texnoloji təlimatlara uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırma üçün istifadə olunan tara təmiz, quru olmalı, kənar qoxu verməməlidir. Göbələklər əsasən karton qutulara, polimer paketlərə və plastmas yeşiklərə qablaşdırılır.

Göbələk qablaşdırılmış taraların markalanmasında istehsalçının əmtəə nişanı, onun xalis çəkisi, yığılma, qablaşdırma tarixi, saxlanma temperaturu, müddəti, şərtləri, standarta uyğunluğu haqda informasiya və s. məlumatlar olmalıdır.

İstehlak zamanı göbələk diqqətlə yoxlanılmalı, qurdu olanlar atılmalıdır. Yemək hazırlayarkən üst qabığı soyulmalı və yuduqdan sonra bişirilməlidir.

Mütəxəssislər hesab edir ki, göbələyin ekstraktı hüceyrələrə xoş təsir göstərir və onların müxtəlif infeksiyalara olan müqavimətini yüksəldir. Göbələyin tərkibindəki vitamin və mineral həmçinin yaşlanmanı gecikdirir, beyin və sinir sistemini xəstəliklərdən qoruyur./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti