Xəzər Xəbər

Əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq veriləcək

Cəmiyyət | 11:39 • 1 Noyabr 2019
Əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsini hazırlayıb.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib.


Belə ki, tibbi göstəriş olduğu halda əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq (motorlu araba) verilməsi də nəzərdə tutulub. Bununla bağlı həmin şəxslərə mühərrikli təkərli oturacağın idarə edilməsi bacarıqlarına yiyələnmələri üçün Nazirlik tərəfindən əvvəlcədən təlimlər təşkil ediləcək. Yeni layihədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xüsusi fərqlənməklə sağlamlıq imkanlarını itirmiş (döyüş zamanı yaralanıb ətrafını itirmiş) əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi nəzərdə tutulur.


Reabilitasiya vasitələri sırasına əlavə edilməsi nəzərdə tutulan vasitələrin sırasına yataq xəstələri üçün çarpayı, səs, göz, diş protezləri, "danışan kitab” və s. daxildir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti