Xəzər Xəbər

Məşhur qida mütəxəssisindən XƏBƏRDARLIQ: Bu əşya xərçəng yaradır

Cəmiyyət | 14:16 • 27 Sentyabr 2019
Məşhur qida mütəxəssisindən XƏBƏRDARLIQ:

Plastik kəsmə lövhələri sağlamlığımız üçün çox zərərlidir.

XəzərXəbər xəbər verir ki, Amerikada aparılan araşdırmalar göstərib ki, ağacdan hazırlanan taxtalar təhlükəsizdir. Türkiyəli qida Mühəndisi Emir Kaboğlununs sözlərinə görə, plastik kəsmə löhvələri xərçəng yaradır: "Taxta kəsmə lövhələrinin səthi bakteriyaları taxtanın içinə doğru çəkir. Təkrar istifadədə isə bu bakteriyalar içəriyə həbs olur. Xüsusilə salmonella kimi ölümcül bakteriya növünə diqqət etmək lazımdır.

Plastik doğrama lövhələrdə isə belə deyil. Bakteriyaların çoxu səthdə yığılır. Xüsusilə bıçaq izlərindən dolayı aradakı boşluqlara yerləşən bakteriyalar yuyulsa da, yenə tam təmizlənmir. Odur ki, plastik doğrama lövhələrindən istifadəni tövsiyə etmirik.

Plastik qabların zərərlərini bilməyən yoxdur. Hətta yeməkləri mümkün olduqca şüşə qablarda almaq istəyirik. Ucuz plastik doğrama lövhələrində hər hansı məhsulu doğrayan zaman qopan hissələr birbaşa qidaya qarışır. Yəni kanserogen maddələri öz əllərimizlə ərzaqlara qatırıq. Odur ki, plastik taxtalardan uzaq durun".

Mütəxəssis sonda əlavə edib ki, ağacdan hazırlanmış kəsmə lövhələri isti su və şampunla yumaq lazımdır. İstifadə etdikdən sonra dərhal yuyun, qidanın üstündə qurumamasına diqqət edin.

Ət, toyuq xüsusilə soyuducudan yeni çıxmış ət məhsullarını kəsdikdən sonra lövhəni yumadan heç nə kəsməyin. Köhnəlmiş, kif basmış, deformasiya olmuş ağac lövhələri yenisiylə dəyişdirin.

Həftədə ən az 1 dəfə taxta lövhələrə az miqdarda su səpərək 5 dəqiqə mikro dalğalı sobada saxlayın./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti