Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarında tətil günləri açıqlanıb

Cəmiyyət | 16:39 • 26 Avqust 2019
Məktəbəhazırlıq qruplarında tətil günləri açıqlanıb

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək.


Təhsil Nazirliyindən verilən xəbərə görə, I yarımil 1 oktyabr-26 yanvar, II yarımil isə 1 fevral-31 may tarixlərini əhatə edəcək.

Məktəbəhazırlıq qruplarında payız tətili 16-20 noyabr, qış tətili 27-31 yanvar, əlavə tətil 1-5 may tarixlərini əhatə etməklə, ümumilikdə 15 gün təşkil edəcək.

Bu qruplarda məşğələlər həftədə 4 gün olmaqla, 12 məşğələ olacaq. Gün ərzində 3 məşğələ baş tutacaq.

Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Məlumata əsasən, məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq”, "Savad təliminə hazırlıq və nitq inkişafı”, "Bədii təfəkkürün inkişafı”, "Məntiqi və riyazi təfəkkürün inkişafı”, "Təsviri fəaliyyət”, "Musiqi” və "Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına sənəd qəbulu avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti