Xəzər Xəbər

“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu

Cəmiyyət | 12:45 • 9 Avqust 2019
“Regional İnkişaf” İctimai Birliyi ixtiraçı məktəblilərə dəstək oldu

Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi Gəncə şəhərindən olan gənc ixtiraçılara dəstək olub.


IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev "LEGO technic” vasitəsilə yaratdıqları "RoboAqrar” robotunu ABŞ-ın Nyu York ştatının Osveqo şəhərində keçirilən IX "Dahilərin olimpiadası”nda ("Genius olympiad") nümayiş etdirib. Azərbaycandan olan gənclərin ixtiraları olimpiadanın "Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir.


Qeyd edək ki, Gəncə şəhərinin IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev ABŞ-da keçiriləcək olimpiadada iştiraka dəstək göstərilməsi üçün "Regional İnkişaf” İctimai Birliyinə müraciət etmişdilər. Yarışda 78 ölkənin nümayəndələri iştirak ediblər. 247 fərqlənmə diplomu alan iştirakçılar arasında Rəsul Əliyev və Hüseyn Əliyev də olub.


Xatırladaq ki, həmin olimpiadada Azərbaycandan olan 7 iştirakçı robotika, elm və incəsənət kateqoriyaları üzrə qızıl medal, 3 iştirakçı robotika sahəsində bürünc medal alıb, daha 4 iştirakçı da musiqi və robotika kateqoriyalarında fərqlənmə diplomu əldə edib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti