Xəzər Xəbər

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin qeydiyyatı başlayır

Cəmiyyət | 11:14 • 22 İyul 2019
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin qeydiyyatı başlayır

III ixtisas qrupu üzrə imtahan verən və "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır.


Dövlət İmtahan Mərkəzindən (DİM) xezerxeber.az-a verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 22-25 iyulda http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən abituriyentlər təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.


Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan vətəndaşlarının cari ildə "Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.


"Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 1-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika” ixtisasını da seçə bilərlər.


Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə "Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış olmaq mümkündür.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti