Xəzər Xəbər

Bakıda unikal yolayrıcı: hamını buraxmalısan...

Cəmiyyət | 15:23 • 5 İyul 2019
Bakıda unikal yolayrıcı:

Bakıda sürücülər üçün ən təhlükəli və problemli yollarından biri də Əhməd Rəcəbli küçəsi, Elit Ticarət Mərkəzinin yaxınlığındakı yolayrıcıdı. Sözügedən yolda düz hərəkət etmək istəyən zaman sağdan və soldan gələn avtomobilləri gözləmək vacibdir. Bu isə tez-tez problem yaşadır. Sürücülər avtomobillərin bir qədər seyrək olduğu zaman hərəkət edəndə cərimələnir. Ona görə də bəzən dəqiqələrlə gözləmək lazım gəlir və bu da tıxac yaradır.

Mövcud problemi dəfələrlə qabardan hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov sözügedən yola işıqfor qoyulması ilə bağlı aidiyyəti qurumlara 2018-ci ilin fevral tarixində müraciət ünvanlamışdı. Hüquqşünas bildirmişdi ki, bu problemlə bağlı lazimi yerlərə artıq müraciət edilib və yaxın zamanlarda əraziyə işıqfor quraşdırılacaq. Lakin müraciətdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, problem həllini tapmayıb, ərazidə xaos hökm sürür.

Mövzu ilə bağlı Axar.az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakı şəhərində hərəkətin təşkili ilə bağlı bir çox yerlərdə bu cür problem var. Bu problemlər isə bir çox yollarda nəqliyyat axınının düzgün qiymətləndirilməməsindən irəli gəlir:

"Yolların xronometrajı aparılmır və nəticədə qayda pozmalar, sürücü cərimələnmələri, bəzi hallarda isə tıxac və ya qəzalar baş verir. Təəssüf ki, bəzən yol polis əməkdaşları da mövcud problemi aradan qaldırmaq əvəzinə, sürücüləri cərimələməklə məşğul olurlar.

Respublika ərazisindəki bütün yollarda yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı istənilən iş Dövlət Yol Polisi ilə razılaşdırılmaqla həyata keçrilməlidir. Nazirlər Kabineti yanında Yol hərəkəti təhlükəsizliyi komissiyası buna rəy verməlidir. Bu rəy əsasında da sözügedən problem aradan qaldırılmalıdır”.

E.Muradlı bildirib ki, həmçinin Bakı Nəqliyyat Agentliyi də hərəkətin təşkili ilə bağlı müəyyən funksiyaları həyata keçirməlidir:

"Hesab edirəm ki, həm Bakı Nəqliyyat Agentliyi, həm də Dövlət Yola Polisi sürücülərin narazılığına səbəb olan bu məsələ ilə bağlı müəyyən addımlar ata bilər. Əvvəlcə ərazidə xronometraj aparılmalıdır. Bundan sonra yolda işıqfor və uyğun nişanlarla hərəkət tənzimlənməlidir. Bu cür konfliktli nöqtələr Bakıda az deyil. Gərək həmin ərazilərlə bağlı ayrı-ayrı mövzu işlənsin ki, aidiyyəti qurumlar da tədbir görsün”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti