Xəzər Xəbər

Cəsəd suya qarışıb, su cəsədə: İnsanlar da ordan balıq yeyir

Cəmiyyət | 15:51 • 6 İyun 2019
Cəsəd suya qarışıb, su cəsədə:

İnsanlar qəbirlərə qarışmış goldən balıq tutur - Yemirəm deyən də var, yeyrirəm söyləyən də

Pirşağı qəsəbəsində dairəvi yolun sağ tərəfində bir qəbiristanlıq və qəbiristanlığa bitişik bir göl var. Zamanla gölün bir hissəsi qurudulub. Göl qurudulduqca qəbiristanlığa doğru meyl alıb. İndi demək olar ki, məzarların bir hissəsi suyun içindədir.

Lakin acınacaqlı məqam başqadır. Uzun müddətdir ki, burada Pirşağı, Kürdəxanı və başqa kəndlərin vətəndaşları balıq tutur.

Bu günlərdə yolum yenə həmin ərazidən düşmüşdü. "Balıqçılara" yaxınlaşıb, məlumat almaq istədim. Dedilər ki, bundan sadəcə məşğuliyyət, boş zamanını dəyərləndirmə, əsəblərini sakitləşdirmək üçün istifadə edirlər.

Yəni tutduqları balıqları yemir və ya satmırlar. Ancaq burada tutduğu balığı evinə apardığını deyən də oldu.

Kürdəxanı sakini olduğunu deyən 43 yaşlı İntiqam Həsənovun sözlərinə görə, bir neçə ildir ki, buradan balıq tutur: "Həm əsəblərim sakitlərşir. Həm də axşam evə əlidolu gedirəm. Balıq insan orqanizmi üçün faydalıdır. O ki, qaldı göl suyuna, bu 3 ildə heç nə olmayıbsa, bundan sonra da olmaz".

Kənd sakini deyir ki, bu gölə balıq tutma qadağası qoysalar, bu bir çox adama zərər verə bilər. Çünki imkansız insanlar var ki, məhz ailələrini bu göldən tutduqları balıqla saxlayırlar.

Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumiyyətlə göl balığı insan sağlamlığı üçün təhlükəlidir: "Oradan tutulan balıqlar kanalizasiya qoxusu verir. Ərazidə sizin qeyd etdiyiniz kimi qəbiristanlıq olmasa belə, həmin yerin balığı sağlamlıq üçün qorxuludur. Çünki gölün suyu axarlı olmur. Göllər təsərrüfat və məişət suları, yağış suları, yeraltı lay suları hesabına formalaşır".

Həkim əlavə edib ki, əgər ərazidə qəbiristanlıq varsa, bu həmin gölün məhsulunu bir qədər də təhlükəli edir. Çünki insan öldüyü zaman cəsəddə müxtəlif mikrob və bakteriyalar əmələ gəlir: "Əgər gölün suyu məzarlara daxil olursa, deməli su da belə mikroblarla zənginləşir. Oradan tutulan balıq da mikrob və bakteriyalı olur. Bu səbəbdən də məsləhət görərdim ki, vətəndaşlar belə göllərdən balıq tutmasın, belə balıqla qidalanmasınlar.

Məsələ ilə bağlı qida eksperti Elsevər Fərzəliyevlə də danışdıq.

Onun sözlərinə görə, bu qəbirlərdə insanlar uyuyursa, onların çürüməsində iştirak edən bütün virus və bakteriyalar suya keçə bilər: "Bu isə orada yaşayan bütün canlılar üçün real təhlükədir. Cəsədlərin çürümə prosesi indi daha intensiv baş verir. Bununla bağlı təcili olaraq Səhiyyə Nazirliyi ayağa qalxmalıdır. Çünki kütləvi xəstəliklər yarana bilər"./sputnik Azərbaycan

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti