Xəzər Xəbər

Əli Əhmədov: Azərbaycanın sürətli inkişafı gənclərin bu prosesdə yaxından iştirakını şərtləndirir

Cəmiyyət | 12:34 • 18 May 2019
Əli Əhmədov: Azərbaycanın sürətli inkişafı gənclərin bu prosesdə yaxından iştirakını şərtləndirir

"Azərbaycan əhalisinin əhəmiyyətli bir hissəsini gənclər təşkil edir. Əhalinin 45 faizi 30 yaşa qədər olanlardır”.

Bunu Baş Nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov"Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın sürətli inkişafı gənclərin bu prosesdə yaxından iştirakını şərtləndirir: "Gənclərin qlobal problemlərə maraq göstərməsi Azərbaycan gəncliyinin müasir düşüncəyə sahib olması deməkdir. BMT-nin Dayanıqlı İnkişafı Məqsədləri layihəsinin meydana gəlməsi dünya xalqları arasında çox ciddi çağırışların olmasından irəli gəlir. Dünyada bir yandan aclıq, digər tərəfdən yoxsulluq və xəstəliklər yaranır, qeyri-bərabərsizlik meydana gəlir. Bu səbəbdən 2030-cu ilə qədər dünyanın dəyişdirilməsi istiqamətində yeni bir layihənin həyata keçirilməsi planlaşdırılıb. 2030-cu ildə dünya əhalisinin sayı 1 milyarddan çox artacaq. Artan əhalinin çoxu dünyanın iki qitəsinin üzərinə düşəcək - Afrika və Asiya qitələrinin. Afrikada əhalinin sayının 2030-cu ildə 1.6 milyarda, Asiya əhalisinin sayının isə 4.5 milyarda çatacağı gözlənilir. Ancaq iş yerlərinin sayı buna uyğun olaraq artmır. Bu dünyada problemlərə yol açır”. (report)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti