Xəzər Xəbər

Bayram günlərində metroda ehtiyat işçi qüvvəsi və texniki vasitələr nəzərdə tutulacaq

Cəmiyyət | 17:09 • 18 Mart 2019
Bayram günlərində metroda ehtiyat işçi qüvvəsi və texniki vasitələr nəzərdə tutulacaq

Novruz bayramı günlərində "Bakı Metropoliteni" QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq.

QSC-dən xezerxeber.az-a verilən məlumata görə, bununla belə, şəhərin müxtəlif guşələrində keçiriləcək bayram şənlikləri, xalq gəzintiləri və paytaxta təşrif buyuracaq qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb.

Bununla əlaqədar "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə uyğun olaraq, tədbirlər planı hazırlanıb.

Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə ehtiyat işçi qüvvəsi və texniki vasitələr, xüsusən zərurət yarandığı halda, xəttə çıxmağa hazır olan ehtiyat qatarlar nəzərdə tutulub.

Stansiyaların işçi personalının gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsi üçün əlavə növbətçilik təşkil ediləcək. Eyni zamanda stansiyaların rəhbər heyətinin növbəli iş rejimi tətbiq edilməklə, hər gün üçün növbətçilik planı tərtib olunub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti