Xəzər Xəbər

Dejavu ən çox ruh halı dəyişənlərdə baş verir

Cəmiyyət | 13:44 • 14 Yanvar 2019
Dejavu ən çox ruh halı dəyişənlərdə baş verir

Bəzən adama elə gəlir ki, həyatda üzləşdiyin hadisələri əvvəllər nə vaxtsa yaşamısan. Həmin halla qarşılaşanlar bunu fövgəl bir hiss kimi qəbul etsələr də, əslində bu hal tibbə məlumdur və elmi dildə beynin bu cür reaksiyasına dejavu deyilir.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bu barədə AZƏRTAC-a məlumat verərək deyib: "Dejavu” sözünün mənası daha əvvəl görülmüş deməkdir. İnsanın bir hadisəni daha əvvəllər yaşaması və ya ilk dəfə gedilən bir yerdə nə vaxtsa olduğu təsəvvürünü yaradan psixoloji haldır. Dünyada insanların 70 faizindən çoxu dejavu ilə üzləşdiklərini bildirirlər. Ona daha çox 15-25 yaş arası dövrdə təsadüf edilir və ruh halı dəyişən insanlarda daha çox rast gəlinir.


Dejavunün hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin onun tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin, yaşlılarda isə beyin pozğunluğunun əlamətləridir”.


Psixoloqun dediyinə görə, əgər uşaqlar tez-tez eyni halla qarşılaşdıqlarını bildirirlərsə, valideyn laqeyd qalmamalı və mütəxəssisə müraciət edilməlidir. Aparılan araşdırmalar göstərir ki, dejavuyə səbəb olan əsas amil beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətidir. O, daha sonra deyib:” Dejavu hissində əsas rolu hipokampusdakı neyronlar oynayır və onlar oxşar vəziyyətlər yarandıqda dərhal ən xırda fərqləri belə tanıya bilir. Məhz beynin həmin hissəsinin fəaliyyəti sayəsində insan hansı hisslərinsə tamamilə yeni olduğunu müəyyənləşdirə bilir. Hipokampus insanın təcrübəsini indiki və keçmiş zamana ayırır. Lakin keçmiş və indiki üst-üstə düşdükdə hipokampus donur. Bunun nəticəsində də insanda qəribə xatirələr yaranır”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti