Xəzər Xəbər

Soyuq hava əllərinizi qurudursa... VACİB TÖVSİYƏLƏR

Cəmiyyət | 16:57 • 17 Noyabr 2018
Soyuq hava əllərinizi qurudursa...

Havanın soyuması dəri və saç quruluğuna yol açdığı kimi əllərə də təsir edir. Bəzən kremlər əllərin qurumasının qarşısını ala bilmir. Odur ki, quruluq bütün qış davam edə bilər.

Bu yazıda oxucuları əllərin qurumasının və çatlamasının qarşısını alan təbii üsullarla tanış edirik.

Nəmləndirici xassələri olan sabun istifadə edin

Əlləri tez-tez yumaq qurumasına və çatlamasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün istifadə etdiyiniz maye sabunun yerinə, nəmləndirici xüsusiyyətə sahib olan sabunlara üstünlük verin. Tərkibində kimyəvi maddələr olan sabunlar əvəzinə təbii sabunlar alın.

Zeytun yağı

Zeytun yağı antioksidant xassələri və yağ turşuları sayəsində dərini dərindən nəmləndirirərək onun qurumasının qarşısını alır. Zeytun yağı dərinin elastikliyini bərpa edir, onu daha yumşaq və hamar edir. Əlləri gündə iki dəfə 5 -10 dəqiqə ilıq zeytun yağı ilə masaj edin.

Banan

Dəymiş banan nəmləndirici xüsusiyyəti sayəsində quru və kobud dəri üçün effektli nəmləndirici xüsusiyyətə malikdir. Bir-iki dilim bananı çəngəllə əzib püre edin. Daha sonra əllərinizə çəkib, yarım saat saxlayıb ilıq su ilə yuyun. Sonda nəmləndirici əl kremi sürtün.

İkinci üsul

Banan püresinə bir az bal və zeytun yağı əlavə edib qarışdırın. Əllərinizə çəkib 15-20 dəqiqə saxlayın, daha sonra soyuq su ilə yuyun.

Limon suyu

Limon suyu dərini yumşaldan və əllərin hamar olmasına yardım edən yaxşı təmizləyicidir. Eyni zamanda limon əl ləkələrinin rəngini açır.

Eyni miqdarda limon suyu, bal və karbonatı qarışdırın. Bu qarışığı əllərinizə sürtüb təxminən bir dəqiqə masaj edin və 5 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu üsulu həftədə bir və ya iki dəfə yerinə yetirin.

Aloe vera

Aloe vera quru və qabıq vermiş dərini soyuğun təsirindən qoruyur. Təzə aloe vera yarpağını kəsib içindən geli çıxarın. Onu əllərinizə çəkib bir neçə dəqiqə yüngülcə masaj edin. 10-15 dəqiqə sonra ilıq su ilə uryuyun. Gündə 1-2 dəfə təkrar edin.

Yulaf əzməsi

Yulaf əzməsi quru, sərt və hamar səthli əllər üçün əsl məlhəmdir. Yulaf protein tərkibi ilə əlləri nəmləndirərək qurumağa qoymur.

2 yemək qaşığı yulafı yarım, ya 1 çay bal və bir az su ilə qarışdırıb xəmir konsistensiyasına gətirin. İçinə limon suyu sıxmaq da olar. Qarışığı əllərinizə sürtüb 10 dəqiqə gözləyin və ilıq su ilə yaxalayın./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti