Xəzər Xəbər

“Dövlət-NTD”nin əməkdaşları ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Cəmiyyət | 15:42 • 16 Oktyabr 2019
“Dövlət-NTD”nin əməkdaşları ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Son günlər sosial şəbəkələrdə və bəzi elektron media resurslarında Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin fəaliyyəti barədə məlumatlar yayılıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayət məktubunda Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin əməkdaşları tərəfindən sahibkarlıq subyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının yoxlanılaraq akt tərtib edildiyi bildirilib. Həmçinin yoxlama həyata keçirən şəxslərin özlərini Azərbaycan Respublikasının Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşları olaraq təqdim etdikləri və xüsusi geyimdə olduqları qeyd edilib.


Şikayət əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya resurslarına istinad edilməklə aparılan ilkin araşdırma zamanı həmin MMC-nin "Dövlət-NTD” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 2901049511) adı altında dövlət qeydiyyatına alındığı müəyyən edilib.


Müraciətlə əlaqədar aparılan araşdırma zamanı aşkar olunan faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna təqdim olunub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti