Xəzər Xəbər

Sumqayıtlı əkiz qardaşlardan yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb

Cəmiyyət | 16:38 • 16 Avqust 2019
Sumqayıtlı əkiz qardaşlardan yüksək nəticə –

Sumqayıtlı əkiz qardaşlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nailiyyət qazanıblar. Belə ki, bu il Ağamalıyev ailəsinin iki övladı - Məhəmməd 694 balla, Əli isə 676 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar.


Şəhərin Təhsil Şöbəsindən AZƏRTAC–a bildiriblər ki, orta təhsillərini fərqlənmə attestatı ilə başa vuran Məhəmməd və Əli Ağamalıyevlər Sumqayıtdakı Texniki və Təbiət Elmləri Liseyinin məzunlarıdırlar. Əkiz qardaşlar gələcəkdə tibb sahəsində böyük uğurlara imza atmaq əzmindədirlər.


Ağamalıyevlər qardaşları kurikulum sistemi üzrə keçirilən ilk imtahanlarda iştirak ediblər. Məhəmməd bütün sualları tam - 700 bala uyğun cavablandırıb. Lakin bir sualı cavablandırarkən mexaniki qüsur səbəbindən səhvə yol verməsi ona ən yüksək nəticə əldə etməsinə mane olub.


Məhəmməd qəbul imtahanlarının həm də 1-ci mərhələsi olan 11-ci sinif buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti