Xəzər Xəbər

8 ildən sonra İranda BİR İLK: on minlərlə insan meydanlara toplaşdı Dünyada CANLI YAYIMLANIR - VİDEO

Veb TV | 14:25 • 17 Yanvar 2020
8 ildən sonra İranda BİR İLK: on minlərlə insan meydanlara toplaşdı

İranın dini lideri Ayətullah Əli Xamenei bu gün paytaxt Tehranda 2012-ci ildən bəri ilk dəfə cümə namazını özü qıldırıb.

Minlərlə insan dini liderlə namaz qılmaq üçün Tehrana axın edib.

Xameneinin öndərlik etdiyi cümə namazı dünyada canlı yayımlanıb.

Musalla məscidində imamlıq edən dini lider İran xalqının bir daha birliyini və ehtişamını ortaya qoymaq istəyir.

Qeyd edək ki, Xamenei son olaraq cümə namazını İslam İnqilabının 33-cü ildönümündə qıldırmışdı.

Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun (The Washington Institute for Near East Policy) xəbərinə görə, dini lider ancaq əhəmiyyətli bir mesaj vermək istədiyi zamanlarda cümə namazına özü başçılıq edir. Bu da həmin simvolik davranışlardan bir olacaq.

"BBC Farsca”nın xəbərinə görə isə, Xamenei son dəfə cümə namazına başçılıq edəndə "Ərəb Baharı” ən gərgin günlərini yaşayırdı: "O dövrdə xütbəni ərəbcə verərək Ərəb dünyasında səslənməsini təmin etmidşi. Ərəb coğrafiyasında yaşananları "İslami dirçəliş” kimi dəyərləndirərək olaylara istiqamət vermək istəmişdi. Lakin bacarmadı”.

Xameneinin bu cümə namazı ilə ABŞ-a mesaj verməyə çalışdığı ehtimallar arasındadır./publika.az

Xəbər lenti