Filippində 6,8 ballıq zəlzələ olub.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 06:11-də Maqsaysaydan 5 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin episentri 28,2 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami xəbərdarlığı edilməyib./publika.az