Xəzər Xəbər

Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb

Cəmiyyət | 09:37 • 21 Aprel 2019
Dünyanın ən yaxşı universitetlərinin adları açıqlanıb

Harvard Universiteti dünyanın 100 ən yaxşı ali məktəblərinin siyahısında lider mövqeyini qoruyub saxlayır.


Xezerxeber.az Roundranking.com saytına istinadla xəbər verir ki, 2019-cu ildə dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində (Round Univercity Ranking) 74 ölkədən 820 ali məktəbin adı var. Qlobal reytinq cədvəli 2010-cu ildən dərc edilir. Hər bir ali məktəb iyirmi ayrı parametr, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları ilə qiymətləndirilir.


Reytinq cədvəlində ABŞ universitetləri liderlik edirlər. Harvard Universiteti ilə yanaşı, bu ölkənin Stanford, Yel, Kolumbiya, Kaliforniya, Massaçusets Texniki universitetləri, həmçinin Böyük Britaniyanın London İmperiya Kolleci, Oksford və Kembric universitetləri və İsveçrənin Sürix Universiteti də ilk onluğa daxil olublar.


Ölkələr arasında ikinci yeri isə 74 universitetlə Rusiya tutur. Bu ölkənin 5 ali məktəbi ilk yüzlüyə daxil olub. Moskva Dövlət Universiteti siyahıda 38-ci, Tomsk Dövlət universiteti isə 59-cu yerə layiq görülüblər.


Reytinq cədvəlində MDB ölkələrinin 30 ali məktəbi ilk 500 universitet sırasına daxil edilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti