Xəzər Xəbər

Bu əşyalardan istifadə etməyin! Nazirlikdən VACİB XƏBƏRDARLIQ

Gündəm | 11:57 • 8 İyun 2018
Bu əşyalardan istifadə etməyin!

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib".

Bunu mətbuat konfransında ETSN-in ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a deyib.

Onun sözlərinə görə, artıq Bakı, Sumqayıt, Gəncə şəhər icra hakimiyyətlərinə xüsusi konteynerlərin yerləşdirilməsi üçün məktublar göndərilib.

U.Tağıyeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların idarə olunması və maarifləndirmə işlərinə başlayıb: "Plastik qabların zərərinin qarşısını almaq üçün vətəndaşların özləri də səy göstərməlidir. Məsələn, mağazalardan alış-veriş edərkən karton və şüşə qablaşdırmada olan məhsullar alaraq plastik tullantıların zərərindən özümüzü qoruya bilərik. Bununla bağlı müəyyən problemlər isə dövlət tərəfindən öz həllini tapmalıdır".

Xəbər lenti