Xəzər Xəbər

Nikol Şerzinger “The Pussycat Dolls” qrupuna qayıtdı

Şou Biznes | 16:51 • 18 Sentyabr 2019
Nikol Şerzinger “The Pussycat Dolls” qrupuna qayıtdı

Məşhur "The Pussycat Dolls” qrupunun keçmiş solisti qastrol səfərində iştirak etmək üçün milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə "The Sun” qəzeti amerikalı pop-qrupun prodüseri və iştirakçılarına istinadən məlumat yayıb.

Məlumata əsasən, Nikol uzun müddət bu fikirdən imtina etsə də, qrupun dağılmasının onuncu ildönümü ərəfəsində, nəhayət, buna hazır olduğunu bildirib.

Bundan əlavə, son müsahibələrində müğənni uzunmüddətli qastrollar və komanda işi üçün darıxdığını söyləyib. Artıq 2020-ci ildə Nikol Şerzinger və bir çox digər keçmiş məşhur qrup üzvləri - Melodi Tornton, Kimberli Uayt, Eşli Roberts, Cessika Satta və Kormit Bazardan ibarət qadın heyəti dünyanın dörd bir yanına qastrola çıxacaq.

Onların İngiltərədə bir neçə konsert verəcəkləri artıq məlumdur. Qızlar həm köhnə hitlərini, həm də üzərində işlədikləri yeni mahnılarını ifa edəcəklər.

Xatırladaq ki, "The Pussycat Dolls” 1995-ci ildən 2010-cu ilə qədər mövcud olub. Qrupun ayrılıq səbəbləri ilə bağlı yayılan söz-söhbətlər arasında Şerzingerin populyarlığının qrup daxilində gərginlik yaratması da var idi.

Xəbər lenti