Xəzər Xəbər

Sumqayıtda 28 ailənin 1 qaz sayğacı var VİDEO

Veb TV | 21:35 • 23 Aprel 2024
Sumqayıtda 28 ailənin 1 qaz sayğacı var

28 ailə üçün yalnız 1 qaz sayğacı quraşdırılıb.

Xezerxeber.az xəbər verir ki, elə limit də ancaq bir ailə üçün nəzərdə tutulub.

15-ci məhəllədə yerləşən yataqxananın sakinləri bildirir ki, Sumqayıt qaz idarəsi tərəfindən illər öncə 28 ailə üçün yalnız 1 smart tipli sayğac quraşdırılıb. Qaz limiti isə yalnız 1 ailənin istifadə edə biləcəyi formada hesablanıb. Limit qısa vaxtda bitən kimi, sakinlərin də problemləri yaranır.

Sakinlərin sözlərinə görə, bu ilin fevral ayının 2-də ərizə ilə aidiyyəti quruma müraciət ediblər. Ancaq onların şikayətinə hələ də baxan olmayıb.

Məsələ ilə bağlı Azəriqaz İB-dən “XəzərXəbər”ə bildirildi ki, sakinlərin şikayəti qısa vaxt ərzində öz həllini tapacaq.

Hazırda ailələr məcbur qalıb qaz balonlarından istifadə edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti