Xəzər Xəbər

Bölgələrdə narkotik əməliyyatı... VİDEO

Veb TV | 22:30 • 23 Aprel 2024
Bölgələrdə narkotik əməliyyatı...

Polis onların izlərinə düşdü, iş başında yaxalandılar...

Xezerxeber.az xəbər verir ki, Masallı polisinin keçirdiyi əməliyyatla Oruc hacıyev şübhəli şəxs qismində saxlanılıb. Ondan satış üçün hazır bükümlərdə qablaşıdırılmış heroin aşkarlanıb. Araşdırmalarla həmin şəxsin narkotik vasitəni həmyerlisi Amid Nəzərlidən aldığı müəyyən edilib.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Amid Nəzərli də şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən və evindən ümumilikdə 5 kiloqramdan artıq metamfetamin, heroin və marixuana aşkarlanıb. Amid nəzərlinin həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Neftçalada da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. əvvəllər məhkum olunmuş Hacıağa Quliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 2 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti