Xəzər Xəbər

Azərbaycan Ordusunun tank bölmələrində YARIŞ VİDEO

Veb TV | 13:19 • 23 Aprel 2024
Azərbaycan Ordusunun tank bölmələrində YARIŞ

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

Xezerxeber.az MN-ə istinadən xəbər verir ki, yarış zamanı bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.
Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Xəbər lenti