Xəzər Xəbər

Maksimal sürəti 240 olan avtomobilin sürücüsünə 266 km/saat sürətlə hərəkətlə bağlı cərimə yazılıb VİDEO

Veb TV | 19:34 • 16 Aprel 2024
Maksimal sürəti 240 olan avtomobilin sürücüsünə 266 km/saat sürətlə hərəkətlə bağlı cərimə yazılıb

Avtomobilin maksimal sürəti saatda 240 kilometrdir, amma sürücüyə 266 km/saat sürətlə hərəkət etməsi barədə elektron protokol tərtib edilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Astara sakini Şamo Dadaşovun başına gəlib.

Sürücü deyir ki, özünə məxsus ''90-ZG-627'' dövlət nömrə nişanlı avtomobilə Ələt-Astara yolunun 199-cu km-dən saatda 266 kiloemtr sürətlə keçməsi barədə cərimə tərtib edilib.

Sürücüyə Astara rayon dövlət yol polis bölməsindən bildirilib ki, sürət həddini başqa sürücü aşıb. Amma xüsusi texniki vasitə Şamo Dadaşovun nəqliyyat vasitəsini çəkib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bilidirildi ki, sürücüyə tərtib edilən elektron protokol araşdırılıb.

O da bildirildi ki, belə halla üzləşən sürücülər Baş Dövlət Yol Polisi İdarəsinin saytına yazlı şəkildə müraciət etsinlər. Bütün faktlar araşdırılaraq sürücüyə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti