Xəzər Xəbər

Ekspert: Ali məktəblərdə təhsil haqları təhsilin keyfiyyətinə adekvat deyil VİDEO

Veb TV | 20:38 • 11 Aprel 2024
Ekspert: Ali məktəblərdə təhsil haqları təhsilin keyfiyyətinə adekvat deyil

Ali təhsil müəssisələrində ödənişli ixtisaslarla bağlı fərqli tariflər müəyyən edilir. Amma qanunvericiliyə əsasən, tariflər müəyyən edilərkən aidiyyəti qurumlarla razılaşdırılmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, universitetlərdə ixtisasların ödənişi 1000-6500 manat arasında dəyişir. Onun sözlərinə görə, ödənişlər təhsilin keyfiyyəti ilə müqayisədə çox yüksəkdir. Ekspert qeyd edib ki, istər dövlət, istərsə də özəl universitetlərində təhsil haqlarının müəyənləşdirilməsi ilə bağlı mexanizm yoxdur.

Ekspert onu da əlavə edib ki, ödənişli ixtisaslardakı qiymətlərin ildən- ilə artdığı müşahidə olunur.

Rizvan Fikrətoğlu qonşu ölklələrdəki ödənişli ixtisasların tariflərinə də diqqət çəkib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti