Xəzər Xəbər

"Karl Maks körpüsü” qəzalı vəziyyətə düşüb? VİDEO

Veb TV | 20:17 • 3 Aprel 2024
"Karl Maks körpüsü” qəzalı vəziyyətə düşüb?

Bakıda "Karl Maks körpüsü”nün qəzalı vəziyyətə düşdüyü iddia edilir. Bildirilir ki, körpünün daş üzlüyü sökülüb və üzərində çatlar əmələ gəlib.                                                                                                                                                                                                               

Xezerxeber.az-ın məlumatına görə, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən körpünün görüntüləri bunu deməyə əsas verir.

Qeyd edək ki, gün ərzində bu körpününü üzərindən minlərlə avtomobil hərəkət edir.

Yaxınlıqda yaşayan sakinlər də körpüyə mütəxəssislər tərəfindən baxış keçirilməsini istəyirlər. 

Məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, körpüdə çat kimi görünənlər əslində çat deyil, temperatur şovudur. Yəni vətəndaşların narahat olması üçün heç bir səbəb yoxdur. Qaldı ki, qırılan məhəccərlərə, onlar da yaxın zamanda yeniləri ilə əvəz olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar