Xəzər Xəbər

Ünvanlı sosial yardım alanların sayı NİYƏ AZALIB? VİDEO

Veb TV | 14:13 • 3 Aprel 2024
Ünvanlı sosial yardım alanların sayı NİYƏ AZALIB?

2023-cü ildə ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18 min 500 nəfər azalıb.

Xezexeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 64 min ailə bu yardımdan faydalanıb. Yardım paketi üçün müraciət edən şəxslər isə tələb olunan şərtlərin ağır olduğunu deyirlər. Zaqatala sakinlərinin sözlərinə görə, müraciətlərə imtinalar adətən, vətəndaşın adına avtomobil, həmçinin pay torpağı və təsərrüfatında heyvanların olmasına görə gəlir.

Tovuz sakinləri də ünvanlı sosial yardım üçün etdikləri müraciətə müxtəlif səbəblərdən imtina cavabı gəldiyini deyirlər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, ünvanlı sosial yardım alanların sayının azalmasının əsas səbəblərindən biri müraciət formasında tələb olunan məhdudiyyətlərdir. Digər səbəb isə onların bir qisminin iştirak müddətinin başa çatmasıdır. Millət Vəkili qaydalarda müəyyən yumşaldılmaların aparılmalı olduğunu qənaətindədir.

Vüqar Bayramov müraciət zamanı əlavə tələblərin də vətəndaşlar üçün çətinliklər yaratdığını deyir.

Millət Vəkili Ünvanlı Sosial yardım üçün müraciət edən ailələrdə uşaqların yaşı məsələsinə də yendiən baxılmasını vacib sayır.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024