Xəzər Xəbər

Şəmkirdə məktəbli bıçaqlanıb VİDEO

Veb TV | 20:06 • 28 Mart 2024
Şəmkirdə məktəbli bıçaqlanıb

Şəmkir rayonunun Abbaslı kəndində 11-ci sinif  şagirdi 9-cu sinif şagirdini bıçaqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, 14 yaşlı, 9-cu sinif şagirdi məktəbdən çıxdıqdan sonra özündən 2 sinif yuxarıda oxuyan başqa bir şagird tərəfindən bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 11-ci sinif şagirdi Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yaralanan məktəbli əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.

Xəsarət alan şagirdin valideynləri hadisə ilə bağlı danışmaq istəməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar