Xəzər Xəbər

Qatarların hərəkətində yubanmalar baş verir - Səbəb nədir? FOTO/VİDEO

Son vaxtlar sərnişin qatarlarının hərəkətində fasilələr yaranır
Veb TV | 20:24 • 27 Noyabr 2023
Qatarların hərəkətində yubanmalar baş verir - Səbəb nədir?

Bir həftə əvvəl Sumqayıt-Bakı qatarlarının hərəkətində yubanmalar baş vermişdi, dünən isə Ağstafa-Bakı qatarı 1 saatdan çox yolda qalıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, qatarların gecikməsinə səbəb elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq olub. Nəticədə eyni marşrut üzrə hərəkət edən digər qatar da 30 dəqiqə gecikib.

Söz yox, qurum sərnişinlər üçün şəhər daxilində əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edib. Amma maraqlıdır, qatarların yolda qalmasına və gecikməsinə səbəb nədir?

Xezerxeber.az-ın məlumatına görə, ADY-nin mətbuat katibi Sənubər Nəzərova deyir ki, adətən, qatarların yubanmasına səbəb texniki nasazlıqlar olsa da, əsasən, bu, dəmir yolu infrastrukturuna edilən kənar müdaxilələrlə bağlı olur.

Qurum rəsmisi həmçinin Bakı-Lənkəran, Bakı-Qazax və Azərbaycanın digər rayonlarına sərnişin daşımalarının nəyə görə hələ də bərpa edilmədiyindən də danışdı: "Elə yerlər var ki, biz orada sağlamlaşdırma işləri aparırıq. Dəmir yolu xətləri yenidən qurulur. Çünki dəmir yolu infrastrukturu yeni olmasa qatarlar təhlükəsiz sərnişin daşıya bilməz. Yolun imkanı tam olduqda sərnişindaşıma bərpa olunacaq".

Qeyd edək ki, növbəti il ADY bölgələrə sərnişin daşımların bərpa olunması üçün daha 10 yeni qatar alacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024