Xəzər Xəbər

Qaradağ rayonunda bəzi binaların söküləcəyi iddia edilir FOTO/VİDEO

Veb TV | 19:50 • 27 Noyabr 2023
Qaradağ rayonunda bəzi binaların söküləcəyi iddia edilir

Bakının Qaradağ rayonunda bəzi binaların söküləcəyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Lökbatan qəsəbəsində yərləşən sovet dönəmində tikilmiş ikimərtəbəli binalardan gedir. Burada yaşayan sakinlər deyirlər ki, may ayından başlayaraq onlara Mənzil İstismar Sahəsindən bildirişlər gəlir.

Qəsəbənin Nəriman Nərimanov və 28 May küçələrinin sakinlərinə xəbərdarlıq olunur ki, oradakı binalar söküləcək. Sakinlər də başqa ünvanlara köçürüləcək.

Sakinlər hələlik heç bir şirkətlə razılığa gəlmədiklərini deyirlər.

Məsələ ilə bağlı Qaradağ İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, rayon ərazisində 215 ədəd ikimərtəbəli köhnə bina var. Hazırda binaların sökülməsi və sakinlərin kompensasiya ödənilərək köçürülməsi ilə bağlı heç bir qərar yoxdur. Yəni, deyilənlər həqiqəti əks etdirmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024