Xəzər Xəbər

Nərimanov rayonu ərazisində qanunsuz parklanma yerləri fəaliyyət göstərir FOTO/VİDEO

Veb TV | 20:41 • 27 Noyabr 2023
Nərimanov rayonu ərazisində qanunsuz parklanma yerləri fəaliyyət göstərir

Bakıda artq bəzi ərazilərdə parklanma qanuni qaydada tətbiq edilir. Ancaq xüsusilə Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsinin ətrafındakı yollarda sözün əsl mənasinda xaos hökm sürür. Sarı jiletlilər hələ də burada fəaliyyət göstərirlər. Onlar qanunsuz parklama təşkil edərək sürücülərdən pul tələb edirlər.

Xezerxeber.az-ın məlumatına görə, 4-6 zolaqlı yol olan küçələrdə hərəkət üçün sadəcə iki zolaq saxlanılır.

Hətta bəzi yerlərdə avtomobillər iki sıra park edilir. Bu isə həmin yollardan istifadə edən həm piyadalar, həm də bəzi sürücülər üçün çətinlik yaradır.

Bu ərazilərdə "azparkinq" sistemi tətbiq edilir. Bu da o deməkdir ki, burada tələb olunan nağd pul qanunsuzdur. Çünkü həmin sistem yalnız onlayn ödəmə üsulu ilə çalışır.

Bənzər mənzərə rayon ərazisində Albert Aqarunovun heykəlinin olduğu küçədə və ona yaxın olan ərazilərdə də hökm sürür. Ərazilərə nəzarət edən şəxslərin əksəriyyəti müsahibə verməsə də, bəziləri qısa da olsa mikrofona danışdılar. Hətta aldıqları qanunsuz ödənişlərdən plan verdiklərini deyənlər də oldu.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov "Xəzər Xəbər"ə bildirdi ki, "azparkinq" infrastrukturu qurulmayan ərazilərdə parklanmaya görə tələb edilən ödəniş qanunsuzdur.

Qeyd edək ki, “azparkinq” tətbiq edilən ərazilərdə ilk 15 dəqiqə ödənişsizdir. Həmçinin nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan səhər 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024