Xəzər Xəbər

COVID -19 təhlükəsi qalmaqdadır VİDEO

Veb TV | 20:20 • 18 Sentyabr 2023
COVID -19 təhlükəsi qalmaqdadır

COVID -19 pandemiyası başa çatsa da, təhlükə davam edir.

Cari ilin əvvəlində  COVID -19-un "eris"növünə dünya üzrə yoluxanların sayı durmadan artır.

Hətta Amerika Birləşmiş Ştatlarında vətəndaşlara vaksin olunmaq tövsiyə olunub.

Rusiyada isə 49 məktəbdə karantin məhdudiyyəti tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə karantinə bağlanıb.

Mövzu ilə bağlı danışan infeksionist Vasif Əliyev bildirib ki, yoluxma sayı artsa da virusun bu növündə ölüm riski aşağıdır. Lakin virus sərhəd tanımadığından Ümumdünya Səhiyyə Təşkilatının məlumatını Azərbaycan üçün də təhlükəli hesab etmək olar.

İnfeksionist bildirib ki, xroniki xəstəliyi olan və yaşlı insanlarda bu virus ağır keçə bilər. Bu səbəbdən də gigiyena qaydalarına, ara məsafəsi saxlamağa, qapalı məkanlarda çox qalmamağa diqqət etmək lazımdır.

ÜST-nın məlumatına görə, son ay dünya üzrə yoluxanların sayı 38% artıb. Avropada artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizin şərqində isə 113% təşkil edir. Latviyada artıq insalara bir həftə evdə qalmaq tövsiyə olunub. Xarici ölkələrdəki statistikaya nəzər salsaq, yeni COVID-19  dalğası Azərbaycan üçün də təhlükəli hesab oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Qırmızı diplom nə işə yarayır?
Qırmızı diplom nə işə yarayır? VİDEO
21:24 • 8 Fevral 2025
USAID-in çirkin oyunları ifşa edilir
USAID-in çirkin oyunları ifşa edilir VİDEO
21:05 • 8 Fevral 2025
Dələduzluğun yeni növü yayılır
Dələduzluğun yeni növü yayılır XƏBƏRDARLIQ/VİDEO
20:47 • 8 Fevral 2025
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? AÇIQLAMA/VİDEO
20:12 • 8 Fevral 2025
Bakıda restoranın fəaliyyəti dayandırılıb
Bakıda restoranın fəaliyyəti dayandırılıb VİDEO
12:53 • 8 Fevral 2025
Azərbaycandan Ukraynaya YARDIM
Azərbaycandan Ukraynaya YARDIM VİDEO
22:00 • 7 Fevral 2025

Xəbər lenti

Hacıqabulda zəlzələ olub
19:06 • 8 Fevral 2025