Xəzər Xəbər

Bəzi bölgələrə üç aylıq yağıntı norması bir gündə düşüb VİDEO

Veb TV | 20:53 • 18 Sentyabr 2023
Bəzi bölgələrə üç aylıq yağıntı norması bir gündə düşüb

Bəzi bölgələrə 3 aylıq yağıntı düşür, bəzilərinə isə normanın heç 11 faizi belə yağmır.

Xezerxeber.az-ın məlumatına görə, iqlim dəyişikliyi özünü böyük təzadlarla göstərməkdədir.

Milli Hidrometerologiya Xidmətinin Hidrologiya Mərkəzinin drektoru Asif Verdiyevin sözlərinə görə, bəzi bölgələrə bir gündə 3 aylıq norma yağıntı düşdüyü halda, 28-35 rayonda isə normanın heç 11 faizi belə müşahidə olunmur.

Temperaturun aşağı düşməsi ilə əlaqədar bəzi dağlıq ərazilərdə qar yağıb.

Sentyabrın 19-u gündüzdən başlayaraq Bakıda və Abşeron yarımadasında külək mülayimləşərək şimal-şərq küləyi ilə əvəz olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024