Xəzər Xəbər

Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Ermənistan və havadarlarının cəhdləri fiaskoya uğradı VİDEO

Veb TV | 20:07 • 18 Sentyabr 2023
Azərbaycanın qətiyyətli mövqeyi sayəsində Ermənistan və havadarlarının cəhdləri fiaskoya uğradı

Ağdam - Xankəndi yolunun açılması Azərbaycanın diplomatik qələbələrindən biridir. Ermənistan və havadarları çox çalışdılar ki, bu yolun açılmasına mane olsunlar, lakin onların bu cəhdləri həmişəki kimi uğursuzluğa düçar oldu.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan politoloq Tural İsmayılov deyir ki, son 3 ay ərzində Azərbaycan bu yolun əhəmiyyətini  həm Ermənistana, həm  də beynəlxalq ictimaiyyətə anlatmağa çalışdı.  

Azərbaycan hər zamankı kimi bu məsələdə də prinsipal və qətiyyətli mövqe ortaya qoydu, bütün təzyiqlərə və təxribatlara layiqli cavab verməklə haqlı mövqeyindən geri çəkilmədi və sonda öz məqsədinə nail oldu.

“Azərbaycan növbəti dəfə düz olduğunu, ona təzyiq etməyin mümkünsüz olduğunu hamıya göstərdi”, - deyə politoloq qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024