Xəzər Xəbər

Qaz qoxusu və qorxusu: Bağçanın yaxınlığında qazsızma var? VİDEO

Sakinlər narahatdır
Veb TV | 19:50 • 18 Sentyabr 2023
Qaz qoxusu və qorxusu: Bağçanın yaxınlığında qazsızma var?

Şəkinin M.Ə.Rəsulzadə küçəsində 4 saylı uşaq bağçasının yaxınlığından kəskin qaz qoxusunun gəldiyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, isti havada pəncərəni aça bilmirlər.

Kəskin qaz iyindən şikayət edən vətəndaşlar bildirirlər ki, vəziyyət 3 aydan çoxdur belədir.

4 nömrəli bağçadan da deyilənləri təsdiqlədilər. Otaqların pəncərələri aylarla bağlı qalır. Səbəb qaz qoxusu və qorxusudur.  

“Azərqaz”dan sorğumuza cavab olaraq bildirildi ki, 2 il əvvəl ora polietilen borular çəkilib, köhnə boruların ağzı bağlanıb.

İndi sakinlər bilmirlər gələn iyə inansınlar, yoxsa “Azəriqaz”ın cavabına...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024