Xəzər Xəbər

İlham Əliyevin bu tərkibdə iclasda olması Azərbaycanın artan nüfuzunun göstəricisidir... VİDEO

Veb TV | 20:48 • 28 May 2023
İlham Əliyevin bu tərkibdə iclasda olması Azərbaycanın artan nüfuzunun göstəricisidir...

İlham Əliyevin bu tərkibdə iclasda iştirakı və çıxışı Azərbaycanın artan nüfuzunun göstəricisidir

Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı və çıxışı Azərbaycanın artan nüfuzunun göstəricisidir. Bu gün Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da, Ermənistan istisna olmaqla, Birliyə üzv ölkələrlə güclü əlaqələrə malikdir.

Xezerxeber.az xəbər verir ki Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur.

Politoloq Elçin Mirzəbəyli deyir ki, Prezident İlham Əliyevin bu görüşdə iştirakı Azərbaycanın malik olduğu imkanları və iqtisadi gücü bir daha nümayiş etdirib...

Bildirir ki, Prezidentin açıqladığı rəqəmlər Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizini təşkil edən dövlət olduğunu göstərdi. Bu büdcəsi ilə Azərbaycan regionun ən güclü iqtisadiyyata malik dövləti olaraq qalmağa davam edir.

Bir sözlə, Azərbaycan iqtisadi müstəqilliyə tam şəkildə nail olub. İqtisadi cəhətdən hansısa mərkəzlərdən asılı olmamaq isə ölkənin müstəqil xarici siyasət kursu həyata keçirməsinin əsas şərtlərindən biridir. Aparılan bütün müzakirələrdə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi dəstəklənir.

Bütün bunlar Azərbaycanın müstəqil siyasətinin nəticəsi və rəsmi Bakıya beynəlxalq arenada olan etimadın göstəricisidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti