Xəzər Xəbər

İrəvanda müharibədə ölən əsgərlərin valideynləri Fransa və Rusiya səfirliyində... VİDEO

Veb TV | 18:00 • 20 May 2023
İrəvanda müharibədə ölən əsgərlərin valideynləri Fransa və Rusiya səfirliyində...
İrəvanda müharibədə həlak olan əsgərlərin anası və onların tərəfdarları “Oğulların çağırışı” təşkilatının dəstəyi ilə mərkəzi küçədə etiraz yürüşü ediblər.

Xezerxeber.az “sputnik armenia” a istinadən xəbər verir ki, aksiya məhz Ermənistan məhkəməsinin baş nazir Nikol Paşinyanın oğlunu qaçırmaqda təqsirli bilinən qadın barədə həbs qərarı çıxarmasından sonra baş verib.

“Bu arada qadın bu məsələdə günahkar olmadığını bildirərək aclıq aksiyasına başlayıb.”

Aksiya iştirakçıları Fransa səfirliyinə qədər yürüş edərək burada məskən salıblar.

Onlardan biri, oğlunu müharibədə itirən valideyn nicat yerini Fransa səfirliyinə və prezidentinə müraciətdə taparaq deyib ki, Ermənistanda söz azadlığı və demokratiya yoxdur:

“Ən əziz olan oğlunu müharibədə itirən ananı söz azadlığına görə tutdular. Bu da oğlunu itirən anaya günlərini həbsxanada keçirmək üçün verilən təşəkkürnamə”, -deyə övladını müharibədə itirən ata bildirib.

Daha sonra aksiya iştirakçıları Rusiya səfirliyinə də müaraciət edərək səfirdən bu məsələyə şəxsən münasibət bildirməyi istəyiblər.

“Ermənistanda artıq müharibədə həlak olanların valideynlərini tuturlar. Biz sizdən reaksiya gözləyirik”,- deyə digər aksiya iştirtakçısı bildirib.  

Xatırladaq ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib.

“Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər.”

Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib.

Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb.

Həmin görüntüləri təqdim edirik:

 

Xəbər lenti