Xəzər Xəbər

Nəbatət bağı belə abadlaşır... VİDEO

Veb TV | 23:55 • 18 May 2023
Nəbatət bağı belə abadlaşır...

46 hektarlıq mərkəzi Nəbatət bağı abadlaşdırılır.

Xezerxeber.az xəbər verir ki, bağın zəbt edilən 2 hektarlıq ərazisindəki qanunsuz obyektlər sökülüb və giriş kompleksi tikilir. Bağın ərazisində yeni növ ağaclar əkilir və qurumaq təhlükəsi olan ağaclar isə xüsusi qulluq vasitəsilə həyata qaytarılır.

“Bağ ərazisində başqa hansı yeniliklər olacaq?”

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Kərəm Qafarlı qeyd edib ki, bağda artıq söküntü işləri artıq yekunlaşıb.

Bildirilib ki, burada su hövzəsi, ofis binası, gəzinti zolaqları və sair tikintilər nəzərdə tutulub.

Bağın labaratoriya müdiri Həsən Babayev isə bildirib ki, ağaclara edilən düzgün texniki qulluq nəticəsində quruma risqi tam aradan qalxıb.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün 25 milyon manat ayrılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar