Xəzər Xəbər

Separatçı rejim Sərsəng su anbarına qarşı ekoloji terror həyata keçirir VİDEO

Veb TV | 21:30 • 28 Mart 2023
Separatçı rejim Sərsəng su anbarına qarşı ekoloji terror həyata keçirir

Xankəndidəki separatçı rejimin Sərsəng su anbarına qarşı ekoloji terroru davam edir. Enerji istehlakını bilərəkdən sürətlə artıran separatçı rejim Sərsəng su anbarında suyun səviyyəsini aşağı salıb.

Xezerxeber.az-ın məlumatına görə, mövzuya münasibət bildirən siyasi sərhçi Elçin Alıoğlu deyir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə separatçı rejim elektroenerji istehlakını dəfələrlə artırıb. Nəticədə Sərsəng su anbarında suyun səviyyəsi xeyli düşüb.

Siyasi sərhçi hesab edir ki, burada təkcə ekoloji deyil, həm də geosiyasi məqsədlər də var.

Siyasi sərhçi vurğulayıb ki, Sərsəng su anbarından "təzyiq vasitəsi" qismində istifadə etmələri ermənilərin gözlədikləri effekti verməyəcək. Separatçı rejimin isterik bəyanatları isə yalnız onların məğlubiyyətini yaxınlaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti