Xəzər Xəbər

Dollar bahalaşacaq? YENİ QƏRAR VERİLDİ/VİDEO

FED uçot dərəcəsini artırdı
Veb TV | 20:31 • 23 Mart 2023
Dollar bahalaşacaq?

Amerika Birləşmiş Ştatlarda dolların uçot dərəcəsi son 16 ildə ən yüksək səviyyəyə qalxıb.

Xezerxeber.az-ın məlumatına görə, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4,75 faizdən 5 faizədək artırılması ilə bağlı qərar qəbul edib.

Mövzuya münasibət bildirən millət vəkili Vüqar Bayramov bildirib ki, FED-in artım qərarı ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqədardır. İllik 6 faiz inflyasiya dərəcəsi qeydə alınsa da, bu, FED-in hədəflədiyi 2 faizlik intervaldan çoxdur.

Millət vəkili bildirib ki, FED-in bu strategiyası kredit bazarına və eləcə də bank sektoruna neqativ təsir göstərməkdədir. Son artımla ABŞ-də kredit faizlərinin yenidən yüksələcəyi gözlənilir. Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara isə ən azı psixoloji təsir edir.

Bəs bunun fonunda manatın məzənnəsini nə gözləyir?

Millət vəkili cavab verib ki, Mərkəzi Bankın ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənildiyindən, Fondun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti