Xəzər Xəbər

Ağstafada yaşayış binası qəzalı vəziyyətdədir VİDEO

Veb TV | 21:00 • 23 Mart 2023
Ağstafada yaşayış binası qəzalı vəziyyətdədir

Üçmərtəbəli binada yaşamaq təhlükəli hal alıb.

Sakinlər qorxu içərisində olduqlarını deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Ağstafa rayonunun Müseyib Allahverdiyev küçəsində yerləşən 118 yaşlı 16 saylı  binadan gedir.

Sözügedən bina inşa edildiyi vaxtdan dəmiryolçuların yataqxanası kimi fəaliyyət göstərib. Hazırda isə Ağstafa rayonunun Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.

Birliyin şöbə müdiri Pərviz İsmayılzadə qeyd edib ki, vəsait ayrılacağı təqdirdə problem həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti