Xəzər Xəbər

İxracatçılara logistika subsidiyası veriləcək

Veb TV | 20:45 • 23 Mart 2023
İxracatçılara logistika subsidiyası veriləcək

Azərbaycanda ixracatçılara logistika subsidiyası veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu subsidiya ilk mərhələdə Körfəz ölkələrinə məhsul ixrac edən sahibkarları əhatə edəcək.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin yaydığı məlumata görə, məqsəd ixrac bazarlarının şaxələndirilməsidir.

İlk hədəflənən bazar isə Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanıdır. Bu ölkələrə ixrac missiyalarının göndərilməsi planlaşdırılır. Yükdaşıma xərclərinə gəldikdə isə, bunun müəyyən hissəsini dövlət ödəyəcək.

İqtisadçı Eldəniz Əmirov deyib ki, bu addım Azərbaycanın alternativ ixrac istiqamətlərini genişləndirəcək.

Ekspertin fikrincə, logistika ilə bağlı müəyyən təşviqlərin verilməsindən əlavə logistik marşrutların asanlaşması və sərhəd-keçid məntəqələrində vaxt itkisinin azaldılması istiqamətində də işlər görülməlidir. Həmçinin ixrac olunan məhsulların sığortalanması da vacib amildir.

Logistik subsidiyanın ümumilikdə 5 il, işğaldan azad edilmiş ərazilərdə isə 10 il müddətinə tətbiqi planlaşdırılır. Bu subsidiya sonradan bütün ixracatçılara şamil ediləcək. Layihə bu ay Nazirlər Kabinetinə təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti