Xəzər Xəbər

Şabranda iki yük maşını toqquşdu, hər iki sürücü dünyasını dəyişdi VİDEO

Hadisənin başvermə səbəbləri araşdırılır
Veb TV | 20:30 • 18 Mart 2023
Şabranda iki yük maşını toqquşdu, hər iki sürücü dünyasını dəyişdi

Təkəri partlayan yük avtomobili digər yük avtomibilinə çırpılıb. Nəticədə 2 nəfər dünyasını dəyişib.

Xezerxeber.az məlumat verir ki, ağır yol - nəqliyyat hadisəsi Şabranda, rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb. Yük avtomobillərinin toqquşması nəticəsində sürücülər, Dağıstan Respublikasından olan 37 yaşlı Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 51yaşlı Ayaz İskəndərov hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin başvermə səbəbləri araşdırılır.

DİN-nin məlumatına əsasən ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Xezerxeber.az videomaterialı təqdim edir:

 

Xəbər lenti