Xəzər Xəbər

Şuşaya ilk turist səfəri həyata keçirilib VİDEO

Veb TV | 22:18 • 18 Mart 2023
Şuşaya ilk turist səfəri həyata keçirilib

Azərbaycanın tacı olan Şuşaya ilk turist səfəri həyata keçirilib.

Xezerxeber.az məlumat verir ki, Şuşa şəhərinə təşkil edilən səfərdə 40 nəfər iştirak edib. İki günlük turlar üçün 215 manat, 3 günlük turlar üçün 370 manat nəzərdə   tutulub.

2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə Cıdır düzü, "Vaqif" məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, "Yuxarı Gövhər Ağa" məscidi, Şuşa qalası, Şuşanın "Gəncə" qapıları və "Xarı Bülbül" simvolu, Şuşa "Realnıy" Məktəbi kimi tarixi abidələrə ziyarət edəcək.

Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar