Xəzər Xəbər

Qəbələyə get-gəl asanlaşır, sürət qatarı istifadəyə verildi VİDEO

Bilet qiymətləri 14 manatdan başlayır
Veb TV | 21:00 • 18 Mart 2023
Qəbələyə get-gəl asanlaşır, sürət qatarı istifadəyə verildi

Bu gün səhər saatlarından Bakı Dəmiryol Vağzalından Bakı-Qəbələ-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb.

Xezerxeber.az-ın məlumatına görə, bilet qiymətləri isə 14 manatdan başlayır. Amma  eyni qatarda bəzi yerlər adi biletdən təxminən 6-7 dəfə baha qiymətə təklif  edilir.

Qatar həftə sonları olmaqla hər şənbə günü Bakıdan Qəbələyə yola düşərək. Bazar  günü isə geri qayıdacaq.

2 mərtəbəli sürətli qatar sərnişinlərin ürəyincə olsa da, onları narahat edən başqa bir məqam odur ki, Bakıdan gələn qatar rayon mərkəzindən təxminən 26 km uzaqlıqdakı Hacallı kəndində dayanır.

Gələcəkdə qatarın hərəkət qrafikinin həftədə bir neçə gün olması planlaşdırlır.

Xezerxeber.az mövzu ilə daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar