Xəzər Xəbər

Futbolçuların qəzaya düşdüyü ərazidən görüntülər VİDEO

Xəsarət alanlar var
Veb TV | 16:27 • 7 Mart 2023
Futbolçuların qəzaya düşdüyü ərazidən görüntülər

Məlumat verdiyimiz kimi, “Mingəçevir” futbol klubunu daşıyan avtobus Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində qəzaya uğrayıb.

Xezerxeber.az-ın verdiyi məlumata görə, "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az həmin qəzadan videogörüntüləri təqdim edir.

 

 

 

Xəbər lenti