Xəzər Xəbər

Ət bahalaşdı VİDEO

Səbəb müxtəlifdir
Veb TV | 4,551 | 19:39 • 19 Fevral 2023
Ət bahalaşdı

Azərbaycanın bölgələrində ətin bir kiloqramı  12-13 manatdan 14- 15 manata qalxıb.

Xezerxeber.az-ın məlumatına görə, Cəlilabaddakı satıcılar bilrdirirlər ki,  bir neçə gündür  bazarda mal və quzu ətinin qiymətində 1 - 2  manat  artım olub.

Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti  təsərrüfat sahiblərinin diri heyvanı  baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını  ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.

Satıcıların sözlərinə görə,  qiymət artımı satışa da  ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti