Xəzər Xəbər

Bakıda avtomobil yanıb VİDEO

Veb TV | 10:51 • 1 Fevral 2023
Bakıda avtomobil yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, M.Müşfiq küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılan “TOYOTA” markalı minik avtomobilində yanğın baş verib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Xəbər lenti