Xəzər Xəbər

"Media Reyestrinin aparılması Qaydaları” təsdiq edildi - Qaydalarda nələr öz əksini tapıb? VİDEO

Veb TV | 22:50 • 26 Sentyabr 2022
"Media Reyestrinin aparılması Qaydaları” təsdiq edildi - Qaydalarda nələr öz əksini tapıb?

Media Reyestrinin aparılması qaydaları təsdiq olundu. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Bəs qaydalarda nələr öz əksini tapıb? Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova "XəzərXəbər"ə  mövzunu şərh edib.

Jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsi təmin olunacaq, onlar müxtəlif xarakterli güzəşt və imtiyazlardan istifadə edə biləcəklər. Bütün bunlar və digər yeniliklər Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Media Reyestrinin aparılması Qaydaları"nda əksini tapıb.

Yeniliklərə əsasən Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. Bundan başqa Media Reyestri media subyektlərinin və media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova fərmanda qeyd olunan məsələləri  şərh edib.

Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini təmin edəcək.

Ali təhsili, fəaliyyət qabiliyyətli olmadıqda, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə və digər hallarda müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina olunacaq.

Xəbər lenti