Xəzər Xəbər

Hadruta gedən yeni yolun tikintisindən SON GÖRÜNTÜLƏR VİDEO

Veb TV | 21:30 • 24 Avqust 2022
Hadruta gedən yeni yolun tikintisindən SON GÖRÜNTÜLƏR

Bu məsələ illərdir susuz qalan bölgələrimizin də bundan sonra su probleminin həllini tapmasına kömək olar.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Artıq avtomobil yolunun 20 km-lik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.

Yeni salınan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 20 km-lik hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının inşası davam etdirilir.

Layihə üzrə suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan 37 dairəvi boru, 9 düzbucaqlı su keçidi, 7 yolaltı keçid və ehtiyat keçidləri üzrə tikinti işləri sona çatdırılıb.

Həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun müəyyən olunmuş hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə icra olunur. Artıq sözügedən 4 körpünün inşası yekunlaşıb. Qeyd edək ki, uzunluğu 39.7 km olan yol 4 hərəkət zolaqlıdır.

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar