Xəzər Xəbər

Dənizdə batan şəxsin meyiti sudan çıxarılıb VİDEO

Veb TV | 11:12 • 14 Avqust 2022
Dənizdə batan şəxsin meyiti sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Xezerxeber.az FHN-in saytına istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib, dənizdə nəzarətsiz ərazidə batmış 1 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti